Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb
14:31 ProblemUcar rayonunda azyaşlının ana olması faktı ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb və hazırda istintaq tədbirləri davam etdirilir.
Məlumata əsasən, aprelin 14-ü saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə qız doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Müayinələr zamanı ona 31-32 həftəlik hamiləlik diaqnozu qoyulub.
Bildirilib ki, pasiyent həmin gün saat 20:20 radələrində cinsi kişi olan, çəkisi 1900 qram, boyu 44 santimetr olan körpə dünyaya gətirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.