Sabunçu yenə “Venesiya”ya döndü: Maşınlar suyun altında qaldı - VİDEO

Sabunçu rayonunda yağan güclü yağışlardan sonra küçələr yenidən su ilə dolub. Yollarda yaranan dərin su yığıntıları səbəbindən bəzi avtomobillər tamamilə suyun altında qalıb, nəqliyyatın hərəkəti iflic olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sürücülərin çarəsiz vəziyyətdə qaldığı, bəzi maşınların isə yolda dayanaraq işləməz hala düşdüyü görünür. Piyadalar da küçələrdən keçməkdə çətinlik çəkir.

Sakinlər bildirir ki, hər yağışdan sonra eyni problem təkrarlanır və bu hal artıq ciddi narahatlıq yaradır. Aidiyyəti qurumların vaxtında müdaxilə etməməsi isə narazılığı daha da artırır.

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31