Sumqayıtda yollar gölə döndü: Qurumlar “qış yuxusunda” - VİDEO
Sumqayıtda yollar gölə döndü: Qurumlar “qış yuxusunda”
14:58 ProblemSumqayıt şəhərində yağan yağışlardan sonra yolları su basıb, bir çox ərazi keçilməz hala düşüb. Küçələrdə yaranan iri su yığıntıları nəqliyyatın hərəkətini çətinləşdirib, sürücülər və piyadalar ciddi problemlə üzləşiblər.
Sakinlərin sözlərinə görə, hər yağışdan sonra eyni mənzərə təkrarlanır, lakin məsul qurumlar problemi aradan qaldırmaq üçün effektiv addım atmır. Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərin suyun içindən keçməkdə çətinlik çəkdiyi açıq-aydın görünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31