Muğanlı-İsmayıllı yolundakı sürüşmə ilə bağlı iş aparılır
12:21 ProblemMuğanlı-İsmayıllı yolundakı sürüşmə hadisəsi avtomobil yolunun hərəkət hissəsində deyil, yolun mühafizə (təhlükəsizlik) zolağı hüdudlarında qeydə alınıb.
Bu barədə Olayların sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, aparılmış ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb.
"Mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə operativ qaydada müvafiq tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində zəruri mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Qısa müddət ərzində ərazidə bərpa və möhkəmləndirmə işlərinin tamamlanması təmin ediləcəkdir", - deyə qurumun məlumatında qeyd olunub.