Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranında fevralın 8-i saat 23:00 radələrində yanğın hadisəsi baş verib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisə 5-6 nəfər arasında yaranan mübahisə zamanı baş verib.
Məlumata görə, restoranın ümumi dəyəri təxminən 220 min manat təşkil edir. Hadisə nəticəsində obyektə dəyən ziyanın 130 min manat olduğu qeyd olunub. "Şeyx Lounge" restoranı 2021-ci ildən fəaliyyət göstərirmiş.
Hadisə nəticəsində restoran tamamilə yanaraq istifadəyə yararsız hala düşüb.
Yanğını törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb, digərlərinin axtarışları davam etdirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər arasında Məhəmməd, Vüsal, Cavid, Aqşin, Məftun və Kənan adlı şəxslərin adları çəkilib.