Azərbaycanda problemli kreditlərin məbləği illik ifadədə artıb
14:17 ProblemBu ilin yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 524,5 milyon manat təşkil edib.Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.Məlumata görə, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 33,1 milyon manat və ya 5,9% azdır.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 75,4 milyon manat və ya 16,8% artıb.
Bu ilin yanvarın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6% təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31