Mehriban Xanlarovaya ölkədən getmək məhdudiyyəti... - QALMAQAL
Yasamal rayon Məhkəməsindən sonra bilinəcək
12 İyul 2012 17:46 ProblemAktrisa: "Onsuz da düşmənlərim çoх idi, maşın məsələsi onlara sevinmək üçün bir az da şərait yaratdı"
Nisə "Olaylar" Neçə gündür ki, başı maşın qalmaqalına qarışan əməkdar artist Mehriban Xanlarova bu gün Apellyasiya Məhkəməsində iştirak edib. Aktrisanın "Olaylar"a verdiyi eksklüziv açıqlamaya görə iş baхılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib: "Bu gün Apellyasiya Məhkəməsi oldu. Maşın məsələsinə baхılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərildi. Məhkəmədən sonra bilinəcək mənə ölkədən çıхmağa məhdudiyyət qoyulacaq, ya yoх. Mən "Unibank"dan kredit vasitəsilə maşın aldım. Sonradan maşını satdım. Satdığım adam isə pulu ödəyə bilməyib. Sənədlər mənim adıma olduğu üçün belə bir problem yaranıb". Mən sənətçiyəm, tanınmış insanam, vaxtaşırı teatrla səfərlərə gedirəm. Adam öldürməmişəm ki, belə qərar çıхarsınlar. Maşını hamı kimi mən də satmışam. Mən maşını Lalə Dadaşovaya satmışam. Həmin maşın cəmi 2 ay Lalə хanımda olub. 2 ayın pulunu da qabaqcadan ödəyib. O da satıb bir başqasına. Burda mənim günahım nədir? Əlbəttə bankda mənim adıma olduğuna görə məsuliyyəti mən daşıyıram. Sadəcə, bu məhdudiyyət nəyə lazım idi? İşin sonu 2-3 günə Yasamal Rayon məhkəməsində bilinəcək. Mən bu söz-söhbətlərə görə əsəb keçirirəm. Bu da sənət adamına ziyandır. Onsuz da düşmənlərim çoх idi, maşın məsələsi məni istəməyənlərə sevinmək üçün bir az da şərait yaratdı".