Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs edilib
18:45 ProblemSosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyəm olunaraq saxlanılıb.
Trend-in yerli müxbiri xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 2002-ci il təvəllüdlü, "Tofi" ləqəbli Yevlax rayon sakini Tofiq Qasımlı məsuliyyətə cəlb olunub.
Müvafiq qərarla T.Qasımlı inzibati qaydada həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31