Sumqayıtlılar kömək istəyir

Azərbaycan Respublikasının Prezidenti

Möhtərəm İlham Əliyev Cənablarına

Surəti :           Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Xanım Əliyevaya

Surəti :           Azərbaycan Respublikasının Baş Naziri

Hörmətli cənab Əli Əsədova

Surəti :           Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Hörmətli cənab Ülvi Mehdiyevə

Surəti :           Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcova

 

Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənablarının göstərişləri o cümlədən Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcovun əməyi sayəsində Sumqayıt şəhəri günü-gündən gözəlləşir, inkişaf edir.   

Dövlət xidmətlərinin göstərilməsini sadələşdirmək və vətəndaş məmnuniyyətini artırmaq məqsədi ilə  2012-ci il iyulun 13-də 685 saylı fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaratdı və ASAN xidmət mərkəzləri də bu agentliyin tərkibinə daxil edildi. Bu agentlik vətəndaşlara bir sıra dövlət xidmətlərini bir məkanda təqdim etmək üçün yaradılmışdır. 

Möhtərəm Prezidentimizin göstərişləri və cənab Zakir Fərəcovun əməyi hesabına Sumqayıt sakinləri üçün böyük əraziyə malik gösəl Bulvar salınmışdır. Bulvar ərazisində məskunlaşan sakinlərin və buradakı binaların çoxluğundan buranı Yeni Sumqayıt şəhəri adlandırırlar. Bu səbəbdən Sumqayıtın Bulvar ərazisində 2-ci ASAN xidmət  Mərkəzi istifadəyə verilmişdir.

Lakin əfsuslar olsun ki, Bulvar ərazisində yeni istifadəyə verilən 2 saylı Sumqayıt "ASAN Xidmət" Mərkəzində kommunal xidmətlər (işıq, qaz, su) göstərilmir. Sakinlər əziyyət çəkirlər. Bulvar sakinləri burada tikilmiş 2-ci Sumqayıt "ASAN Xidmət" Mərkəzinin kommunal xidmətlərindən yararlana bilmirlər.

Möhtərəm Cənab Prezidentimizin sayəsində ASAN xidmət Mərkəzləri vətəndaş məmnuniyyətini artırmaq məqsədi istifadəyə verilib. 

Nə üçün 2 saylı Sumqayıt "ASAN Xidmət" Mərkəzində əhaliyə kommunal xidmətlər (işıq, qaz, su) göstərilməsin?

Sizlərdən artıq dərəcədə xahiş edirik bizim müraciətimizi nəzərə alaraq Sumqayıt şəhər Bulvar ərazisində istifadəyə verilmiş 2 saylı Sumqayıt "ASAN Xidmət" Mərkəzində əhaliyə kommunal xidmətlər (işıq, qaz, su) göstərilməsi üçün köməklik göstərəsiniz.

Əvvəlcədən Sizə minnətdarıq.

Sumqayıt şəhərinin

Bulvar sakinləri adından                                                Vəliyev Sahib Məmməd oğlu       

03/08/2025

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31