Narkomaniya əsasən gənclər arasında geniş yayılıb - SOSİAL BƏLA

Narkosənaye beynəlxalq ticarətin 8 faizini təşkil edir

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin qiymətləndirməsinə görə qlobal səviyyədə narkotiklərin istifadəsində son 5 il ərzində ümumi görünüş dəyişməz olaraq qalır. Hər il onların yayılma göstəriciləri ancaq cüzi səviyyədə artır. Bütövlükdə bütün dünyanı və narkotiklərin növlərini nəzərə alsaq, şahidi olmaq olar ki, bütün dünya üzrə istifadəçilərin  sayı təqribən 3,3 faizdən 6,5 faizə qədər təşkil edir. Lakin bu o demək deyil ki, qeyd olunan statistikanı ancaq narkomanlar təşkil edir. Qeyd olunan məlumatların əsas məqsədi narkotiklərin yayılma səviyyəsini öyrənmək və neçə nəfər insanın öz təəcrübəsində narkotiklərə tanışlığını aşkar etməkdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun Birləşmiş Millətlər Təşkilatının adı çəkilən qurumunun qiymətləndirməsinə istinadən yaydığı məlumatda da qeyd olunur ki, göstərilən rəqəmlər əsasən 15 yaşından 64 yaşa  aid olan insanlara şamil edilir. Hansılar ki, heç olmasa ildə bir dəfə narkotiklərdən istifadə ediblər. Burada onların qeyri tibbi istifadəsi nəzərdə tutulur. Bu statistikanı qeyd edərkən onların dünya üzrə orta göstəriciləri nəzərdə tutulur.   

***

BMT-nin statistikasına əsasən narkomanlarda ən çox təlabat çətənə bitkisinədir. Belə ki, onların sayı 147 milyon nəfər təşkil edir, həmçinin 33 milyonu stimulyatorların, 13 milyonu kokain və həşiş qətranının 9 milyonu heroinin və 7 milyon nəfəri ekstazi istifadəçiləridir. Bütün ölkələrdə praktiki olaraq narkomaniya əsasən gənclər arasında çox yayılıb. Ən çox narkoman 18 yaşından 25 yaşına qədər olan yaş qrupuna aiddir.  Əsasən bu faktor bütün narkotik növləri üçün aktualdır. İstisna hal kimi Birləşmiş Ştatlarda narkoistifadəçilərin yaş həddi 18-dən 20-ə kimidir. Bu ölkədə ümumi əhalinin 12 faizi 12 yaşdan yuxarı narkotiklərdən istifadə edirlər. Əgər ABŞ üçün yaş qrupunu 18 yaşdan müəyyənləşdirsək onda bu rəqəm 3 dəfə artacaqdır. Onu da qeyd etmək yerinə düşər ki, Birləşmiş Millətlər Təşkilatının ekspertləri narkosənayenin dünyada dövriyyəsini 400 milyard dollar civarında qiymətləndirir, bu isə, beynəlxalq ticarətin 8 faizini təşkil edir. Qlobal səviyyədə ən çox yayılan narkotik vasitə yenə də kannabis olaraq qalır. Bu termin bütün çətənə bitkisinə aid olan yəni marixuana, həşiş və digər növ narkotik  vasitələri özündə birləşdirir. Onların yayılma səviyyəsi dünya əhalisi üzrə 2,6 faizdən 5 faizə qədər təşkil edir. İkinci yeri isə amfetamin qrupuna aid olan  sintetik tərkibli narkotik vasitələr tutur. Araşdırmalar göstərir ki, heroin və onun  təsir qüvvəsinə malik olan maddələrin istifadəçilərinin sayı   0,6 faizdan 0,8 faiz təşkil edir.  Dünya üzrə çətənə bitkisindən istehsal olunan narkotik vasitələrin həcmi təxminən 13,3 min-  66,1 min ton və həşiş qətranından istehsal olunan narkotik vasitələrin həcmi 2,2 min-9,9 min ton təşkil edir.

Süleyman İsmayılbəyli 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31