Haqsızlığa məruz qalan sakinlər redaksiyamıza üz tutdu
Evləri və obyektləri sökülən sakinlər haqqlarını niyə ala bilmirlər?
1 Noyabr 2013 16:44 ProblemQala-Pirallahı yolunun genişləndirilməsi zamanı evləri sökülən sakinlər haqsızlığa məruz qalıb. Evləri və obyektləri sökülən insanlar onlara kompensasiya məqsədilə təklif olunan qiymətlərdən narazıdırlar. Sakinlər "OLAYLAR"a məsələnin haqq-ədalət və qanun müstəvisində həll olunmasını istədiklərini bildiriblər. Sakinlər ölkə başçisi İlham Əliyevin televiziya və mətbuatda Bakı və ətraf qəsəbələrdə yol lahiyəsinə duşən şəxsi əmlakın sökülməsinə görə kv/m-ə 1000-1500 manat civarında kompensasiya ödənilməsi haqqında açıqlama verdiyini bildiriblər. Amma buna baxmayaraq Qala-Pirallahı yolunun çəkilməsiylə məşgul olan Azəryolserviz ASC cəmiyyətinin əməkdaşları həmin əraziyə düşən şəxsi evlərə və obyeklərə kv/m 150-400 manat civarında təklif ediblər. Sakinlər bu qiymətə Bakıda nə ev, nə də ticarət obyekti tikməyin mümkünsüz olduğunu bildirirlər.
Qeyd edək ki, Azəryolserviz ASC cəmiyyəti o ərazidə sökülən və sökülməyən şəxsi əmlakların sahiblərinə heç bir sənəd təqdim etməyib ki, bu da qanuna ziddir.