Cənub bölgəsində evlər su altında qalıb VIDEO

Lənkəran və Astara rayonlarında dünəndən başlayan güclü yağış nəticəsində bəzi kəndlərlə əlaqə kəsilib

Dünəndən başlayaraq cənub bölgəsinə güclü yağış yağmağa başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yağıntı ən çox Lənkəran və Astara rayonlarına yağıb. Yağıntı hələ də davam edir.  Yağıntı nəticəsində yüzlərlə ev su altında qalıb. Hətta bəzi kəndlərlə mərkəz arasında əlaqə kəsilib. Astaranın və Lənkəranın bəzi kəndlərində elektrik enerjisi kəsilib.  Ərazidə fövqəladə hallar komissiyasının əməkdaşları işləyir. Rəsmilər 24 saat ərzində yağıntı nəticəsində yaranan problemlərin aradan qaldırılacağına söz veriblər.

Qeyd edək ki, hazırda da Astaraya rayonuna güclü yağış yağır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31