Yeni dələduzluq növü: “pul ver, kəsirlərini silim”

Son zamanlar sosial şəbəkələrdə "pul ver, kəsirlərini silim"  mövzusu gündəm olub.  Bu kimi dələduzluq növu tələbələrdən 200 manat qarşılığı kəsrləri və qayıblarını siləcəyini bildirir.

Olaylar/az xəbər verir ki, məsələ ilə bağlı kibertəhlükəsizlik üzrə ekspert Abdulla Abdullayev bildirib ki, həmin şəxslər universitet sistemlərindəki müxtəlif zəif nöqtələrdən istifadə edərək öz niyyətlərinə nail olurlar. Bunlardan ən populyarı müəllimlərə saxta mail göndərərək onların komputerlərinə sızmaq daha sonra universitetin istifadə etdiyi təhsilin idarə edilməsi kimi boşluqlardan istifadə edərək tələbərin ballarının saxlanıldığı yerlərə icazəsiz giriş əldə etməkdən ibarətdir. 

Sözügedən problemlə bağlı bir neçə universitetdən bildirildi ki, belə müdaxilə universitetə qarşı olunmayıb. Universitetin daxili elektron sisteminə birbaşa müdaxilə mümkün deyil. Belə halların qarşısını almaq üçün yüksək təhlükəsizlik sistemi var. Təhsil müəssələri qurduqları sistemin kənar müdaxiləyə imkan vermədiyini deyir. 

Məsələ ilə bağlı DİN-dən bildirildi ki, bu kimi təkliflərə aldanmaq olmaz. Bu kimi saxta səhifələr açıb insanlara yalan vədlər verən şəxslərə aldanıb bank kartını bölüşmək olmaz. Bu kimi hallarla artıq rastlaşmış şəxs 102 xidmətinə müraxciət edə bilərlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31