Pedaqoji universitetin tələbələri aksiya keçirir
21 Oktyabr 2013 16:33 ProblemBu gün Azərbaycan Pedaqoji Universitetində tələbələrin keçirdiyi aksiya ilə bağlı təcili iclas keçirilir. Lent.az-ın məlumatına görə, iclas universitetin akt zalında keçirilir. Toplantıda təhsil ocağının rəhbərliyi, müəllimlər və tələbələr iştirak edirlər. Hazırda zalda toplantı davam etdirilir. Universitet rəhbərliyi tələbələrin narazılığının səbəbini araşdırır. Tələbələr ikipilləli imtahan sistemini, həm yazılı, həm də test imtahanlarını qəbul etmədiklərini bildirirlər. Tələbələr birpilləli imtahan sisteminin bərpasını tələb edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31