Qazilərin böyük əksəriyyətinin ali təhsili yoxdur, bu onların yaxşı işə düzəlməsinə imkan vermir
27 Noyabr 11:42 Problem"Qazilərin böyük əksəriyyətinin ali təhsilli olmaması onların yaxşı işə düzəlməsinə imkan vermir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında deyib: "Digər təklifim qazilərin işsizliyi ilə bağlıdır. Demək olar ki, böyük əksəriyyətin ali təhsili yoxdur və bu onların yaxşı işə düzəlməsinə imkan vermir. Bu təkıifi iki dəfə səsləndirmişəm və yenə də təklif edirəm. Nazirliklə ali təhsil müəssisələri arasında razılaşma əldə olunsun və onların nəzdində bir-iki illik təhsil proqramları yaradılsın. Hökumət buradan irəli gələn məsələləri həll edə bilər. Bu sosial narazılıqların aradan qalıdırlmasında əsaslı rol oynayardı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31