Mina məsələsi Azərbaycanda ən ciddi problemlərdən biridir - İrlandiyalı səyyah
28 Oktyabr 14:48 ProblemMina problemi Azərbaycanın qarşılaşdığı ən ciddi problemlərdən biridir.
Olaylar xəbər verir ki, bu barədə irlandiyalı səyyah Nayl Ochr("39")Murçada (Niall Ochr("39")Murchadha) Britaniyanın "Piki Reels" klubunun nümayəndə heyətinin tərkibində Füzuli rayonuna səfəri zamanı jurnalistlərə bildirib.
O qeyd edib ki, səfər çərçivəsində bir qrup səyyah minalardan təmizləmə əməliyyatını izləyiblər.
"Deməliyəm ki, bu, şokedici bir təcrübə idi. Bir partlayışın nə qədər ziyan vura biləcəyini düşündükdə, həqiqətən də, heyrətlənirəm. Bu ərazidə çoxsaylı minaların gizlənməsi daha da şokedicidir. Partlayışların real nəticələrini görmək çətin idi.
Düşünürəm ki, bu, Azərbaycanın qarşılaşdığı ən ciddi problemlərdən biridir. Digər problemlərin əksəriyyətini həll etmək mümkündür: yollar və binalar tədricən bərpa oluna bilər. Ancaq bütün bu minalardan qurtulmaq, qorxuram ki, çox vaxt alacaq", - o qeyd edib.
Qeyd edək ki, oktyabrın 26-da Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik səyyah qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.
"Piki Reels" klubunun bu səfəri isə sayca 12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır. (Trend)