Cinayətlərin sayı artıb, məktəbə gedən uşaqların sayı isə azalıb-SOS- ÖZƏL
23 Oktyabr 10:47 Problem"Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ildə 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə 364 cinayət törədilib. Cinayətlərini saylarını ötən illərlə müqayisə etdikdə görürük ki, 2021-ci ildə 251, 2022-ci ildə isə 311 cinayət törədilib. Rəqəmlərin təhlili göstərir ki, cinayətlərin sayında ciddi artım var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Eyni zamanda, rəsmi statistikaya əsasən 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində isə ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Təxminən 6000-ə yaxın məktəbə gedən uşaqların sayında azalma var. Hər iki rəqəm kifayət qədər ciddidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31