3 saylı İstintaq təcridxanasında saxlanılan Daşqın Məlikov KİV-nə müraciət ünvanlayıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Daşqın Əlisəfa oğlu Məlikov kütləvi informasiya vasitələrinə və Azərbaycan Mətbuat Şurasına müraciət və bəyanat ünvanlayıb.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, müraciətdə deyilir: "Mən, Məlikov Daşqın Əlisəfa oğlu, 18.02.1991-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 10-cu mikrorayon ev 41, mənzil 2-də qeydiyyatda olan, hal-hazırda 3 saylı İstintaq təcridxanasında AR CM-nin 234.1 maddəsinə əsasən həbsdə saxlanılıram. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatının üzvüyəm. Bu günkü gün Respublikada gedən inkişafı görürəm, cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm, bəyənirəm, ona görə də xahiş edirəm ki, məni müxalif yönlü Azərbaycan Xalq Cəbhəsi Partiyasından çıxarasınız. Azadlıq qəzetində olan fotoşəklimi oradan çıxarasınız və məni vicdan məhbusu adlandırmayasınız. Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının digər üzvlərinə də bildirmək istəyirəm ki, bu mənim öz fikrimdir. 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Əliyev İlham Heydər oğlunu dəstəkləyəcəyəm"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31