Bakıda işləməyən işıqfor ard-arda qəzalara səbəb olur - FOTO

Ötən gün səhər saatlarında Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az bildirir ki, bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində qeydə alınıb.

O da qeyd olunub ki, bu, sözügedən ərazidə baş verən ilk belə hal deyil. Səbəb isə yolda işıqforun işləməməsidir.

"İki aya yaxındır, ərazidə işıqfor işləmir. Bu yaxınlarda avtobusun iştirakı ilə oxşar qəza baş vermişdi. Orada da səbəb işıqforun işləməməsi idi".

Hadisə yerindən görüntüləri təqdim edirik:

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31