Dələduzlar vətəndaşları necə aldadır? - DİN-dən ÇAĞIRIŞ
15 May 10:31 ProblemSon zamanlar vətəndaşların əksəriyyəti kiber dələduzluğun qurbanı olurlar. Bu barədə aidiyyatı qurumlar tərəfindən də dəfələrlə xəbərdarlıqlar edilib.
Maraqlıdır, maliyyə dələduzluğu necə baş verir? Vətəndaşı necə talayırlar?
Olaylarlar xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib ki, adətən dələduzlar sizə polisdən, vergidən, bankdan, sosial müdafiədən, sığortadan, məhkəmədən saxta e-poçt, SMS göndərməklə şəxsi məlumatlarınızı əldə etməyə çalışırlar:
"Həmçinin, sizi link keçidlərinə yönəltməyə cəhd edirlər. Bu hallar isə vətəndaşların məlumatlarını öyrənmək üçün fişinq texnikasıdır. Məsələn, "sağlamlıq sığortanızın son hesablamalarından sonra biz sizin kompensasiya almaq hüququna malik olduğunuzu müəyyən etdik. Təsdiqləmək üçün linkə klikləyin".
Bu mesaj sizi e-poçt və ya SMS-də olan linkə klikləməklə bank kart məlumatlarınızı təqdim etməyə dəvət edir".
Qurum rəsmisi hər kəsi ehtiyatlı olmağa səsləyib.