Narkotik artıq məktəblərə yol tapıb-Komitə sədri
23 Aprel 13:36 Problem"Bu gün bütün cəmiyyəti narahat edən məsələ narkotiklə bağlıdır. Narkotikdən istifadə artıq məktəblərə yol tapıb". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Siyavuş Novruzov bildirib ki, mövcud vəziyyəy insanların müalicəsi üçün dispanserlər yoxdur: "Bir dispanser var idi, onun da rəhbərliyi korrupsiya üstündfə məsuliyyətə cəlb edildi. "İran vətəndaşından almışam" ifadəsi artıq mövcuddur. Kimdir bizim ölkəni zəhərləyən, İran vətəndaşı kimdir? Narkotiklə mübarizəni ciddiləşdirməliyik. Bu problem hər bir şəxsin qapısını döyə bilər. Azərbaycanın milli mentalitetinə zidd olan və Azərbaycan uşaqlarının gələcəyini məhv edən bu sistemə son qoyaq".