İşgəncəyə məruz qalan azyaşlı: əsl günahkar bəlli oldu VIDEO
24 Sentyabr 2013 17:33 ProblemMilli.Az Türkel TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə azyaşlı uşağın dəhşətli döyülmə faktını göstərən materiallar yayıldı. Qısa zaman kəsiyində həmin məlumatlar internet portallarında da gündəmə gətirildi. Uşağın yaşadığı ünvanda, Mingəçevirdə fəaliyyəti dayandırılmış Toxuculuq Kombinatının balansında olan yataqxanada yaşayanlar bildirirlər ki, işgəncəyə məruz qalan üç yaşlı Əkbər atası deyil, atalığı tərəfindən döyülürmüş.
Anası Turanə, atası Mayılın evliliyindən 1 oğlan, 3 qız olmaqla 4 övladları olub. Mayılla Turanə ayrılandan sonra uşaqlar anasında qalıb. Bir müddət sonra 3 qız uşağı atasının yanına qayıdıb. Ancaq Əkbər yenə də anasının yanında yaşayıb. Qonşuların sözlərinə görə, uşaq atalığı İlkin tərəfindən döyüləndən sonra atası uşağını yanına gətirib. Bakıda daş karxanalardan birində işləyən ata evdə olmayanda isə uşaqlara nənəsi və yeniyetmə bacısı Nuranə baxır.