Bakıda tıxac problemi yaşanır VIDEO

Artıq dərs ilinin başlamasından sonra Bakının yollarını tıxacsız təsəvvür etmək qeyri-mümkün hala çevrilib. 4 gündür davam edən tıxaclar səbəbindən nə işə gedənlər işinə, nə də dərsə gedənlər dərsinə vaxtında çata bilir. Artıq elə bir sürücü yoxdur ki, Bakıda tez-tez yaranan tıxaclardan əziyyət çəkməsin. Həm şəhərin mərkəzində, həm də şəhərdən kənarda yaranan tıxaclardan artıq sürücülər cana gəldiklərini deyirlər.
Əsasən də səhər saatlarında müəyyən səbəblərdən yollarda məhdudiyytələrin olması da tıxacları yaradan başlıca səbəblərdəndir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov belə olan halda sürücülərin alternativ yollardan istifadə etməsini daha məqsədəuyğun olduğunu bildirdi.
Avtoekspert Sülhəddin Gözəlovun sözlərinə görə isə paytaxtda yaranan tıxacların qarşısının alınması üçün ilk növbədə yollar genişləndirilməlidir. Daha sonra şəhərə gələn maşınlara müəyyən məhdudiyyətlər qoyulmalıdır.
Ekspert onu da vurğuladı ki, tıxacda qalan insanlar bir çox problemlərlə üzləşirlər. Ən başlıcası isə gün ərzində iki dəfə tıxacda qalan sürücünün təqribən 10-15 manat pul itirməsidir. Odur ki, paytaxtın başlıca problemlərindən biri olan tıxacları aradan qaldırmaq üçün gecikmədən alternativ variantlara keçmək lazımdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31