Xəzər dənizi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALINIR

Xəzər dənizinin səviyyəsi daima tərəddüd etməkdədir. Onun səviyyəsi vaxtaşırı gah qalxır, gah da enir. Bununla əlaqədar olaraq dənizin dərinliyi və tutduğu sahə əsaslı dəyişikliklərə uğrayır. Sahildə gedən proseslər (yuyulma, akkumulyasiya) həm kəmiyyət, həm də dinamik dəyişmələrə məruz qalır. Dənizin səviyyəsinin dəyişməsi başlıca olaraq onda olan su kütləsinin dəyişməsi ilə bağlıdır. Suyun kütləsinin dəyişməsi öz növbəsində dəniz suyunun duzluluğuna və bioloji rejiminə təsir edir.

Məsələ ilə bağlı Referans.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev Ənvər Əliyev bildirib ki, Xəzər dənizinin 200 milyon ilə yaxın yaşı var:

" Bundan sonra da xeyli yaşayacaq və bu məsələ gündəmdə olacaq. Bu Xəzər dənizinin mahiyyətindən irəli gələn bir prosesdir. Xəzər dənizi elə vaxt olub ki, təxminən 500 metrə qədər dayazlaşıb. Ekspert hesab edir ki, bu o qədər də qorxulu deyil. Xəzər dənizində dayazlaşmalar tarixdə çox olub. Nəticədə su geriyə qayıdıb. Geriyə qayıdanda isə ərazidəki infrastrukturları məhv edir.

Suvarma sistemləri, buxarlanma bunların hamısı Xəzər dənizində suyun azalmasına səbəb olur. Məsələn, 80 % Volqa çayı Xəzərə tökülür və nəticədə Xəzər dənizi çoxlu qidalanır. Lakin su elektrik stansiyaları tikilir, bunlar da suyu buxarlandırır və balıqların inkşafına mane olur. Saydığımız bu amillərin hamısı Xəzər dənizinə ziyan vurur. Xəzər dənizi təxminən son 120 min il ərzində Qara dənizlə 2 dəfə birləşib. Bu da Xəzər dənizində suyun artmasına səbəb olur".

Ekspert qeyd edib ki, bu problem var olub, olacaqda. Xəzər dənizində su enəndə də problem yaranır, qalxanda da.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31