Erkən nikahlar məsələsi​ "uşaq nişanı" formasına keçib- ÖZƏL

"Erkən nikahlar məsələsinin​ "uşaq nişanı" formasına keçdiyi artıq həm ictimayyətə, həm də aidiyyatı qurumlara aydındır". "Olaylar" xəbər verir ki, bunu deyən Vətəndaş Tədqiqat və inkişaf İctimai Birliyinin sədri Günel Səfərova qeyd edib ki, burda digər məsələ 12-14 yaşlı nişanlanan uşaqlara qarşı seksual xarakterli hərəkətlərin edilməsdir: "Son iki ildə bu hallarla bağlı daxil olan şikayətləri fərdi şəkildə araşdıranda qanunveriçilikdə boşluqlar olduğunu aydın şəkildə görürük. Bu halda əsas məqamlardan biri də məktəbin, icmanın və vətəndaş cəmiyyəti institutlarının uşaq müdafiəsi mexanizmində önəmli rol almasını gücləndirməkdir. Çünki, uşaq nikahları ciddi məsələdir. Gələcəklə və gələcəyimizlə bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31