Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri qəzalı vəziyyətdədir - Anar Quliyev
16 Yanvar 2024 11:24 ProblemMəcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri qəzalı vəziyyətə çox yaxındır.
Olaylar.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.
O qeyd edib ki, məcburi köçkünlərin Qarabağa köçürülməsi prosesi qaydalara uyğun olaraq davam etdirilir.
"Onlar köçürüldükdən sonra o binaların da digər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur", - deyə komitə sədri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31