Piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin sayı artıb- ÖZƏL
4 Dekabr 2023 14:16 ProblemXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Son zamanlar yollarda piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin sayı artmaqdadır. Bu növ hadisələrinin qarşısının alınması məqsədilə DYP tərəfindən Respublikanın bütün bölgələrində sürücü və piyada intizamının artırılmasına yönəlmiş nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. "Olaylar" xəbər verir ki, bunu deyən AR DİN BDYP Hərəkətin Təhlükəsizliyinin təbliği şöbə rəisi polkovnik Rövşən Tağıyevin sözlərinə görə, araşdırma zamanı piyada vurulması ilə nəticələnən qəzaların əksəriyyətinin sürücülər tərəfindən yol nişanlarının tələbinin pozulması və ya piyadaların yolu keçərkən diqqətlərini yola verməmələri, eyni zamanda piyadalar üçün ayrılmış keçidlərindən istifadə etməmələri səbəbindən baş verdiyi müəyyən edilmişdir: "Hər bir yol hərəkəti iştirakçısını cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq".