Bu ərazidə qaz olmayacaq

Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Digah-Novxanı" yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrən 4-də saat 10:00-dan işlər başa çatanadək "Mehdiabad" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Abşeron rayonunun Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31