8 ayda 64 hərbçimiz həlak olub

 "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda itkilərlə bağlı keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Bu barədə "OLAYLAR"a təşkilatın sədri Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektoru 64 itki verib. Ötən müddətdə 73 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd edib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 9-u döyüş (9 nəfər erməni gülləsi), 55-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur): "9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 12 nəfər avtoqəzadan,  3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən,  1 nəfər ehtiyatsızlıqdan, 1 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 14 nəfər intihar edib. Dünyasını dəyişənlərin 51-i Müdafiə Nazirliyinin, 3-ü  Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır".Yaralılara və xəsarət alanlara gəlincə (73 nəfər) isə C.Sümərinli bildirdi ki, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 40-ı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 50 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu,  5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31