Rayonun ən böyük məktəbində idman zalı yoxdur - ÖZƏL

Gənc nəslin vətənpərvərlik ruhda tərbiyyə ounması işində idmanın xüsusi rolunun olması danılmaz faktdır. Xüsusən, orta məktəb şagirdlərində idman vərdişlərinin formalaşdırılması bu sahədə mühüm əhəmiyyət kəsb edir. Lakin regionlarda fəaliyyət göstərən bir sıra orta məktəblərdə idman zalının olmaması gənclərin sağlam, vətənpərvər ruhda tərbiyyə olunması işində əngəl yaradır. Elə Yardımlı rayonunun Bozayran kənd tam orta məktəbində də eyni problem hökm sürməkdədir. "Olaylar"ın məlumatına görə, Yardımlı rayon Bozayran kənd tam orta məktəbi Fiziki tərbiyə müəllimi Vüqar Sadiyev qeyd edib ki, tədris ilinin son günlərini yaşamağımıza baxmayaraq dərnək dərslərimiz tam proqram əsasında davam edir: "Şagirdlərimizə idman müəllimlərimiz tərəfindən dərsliklərdə olan idmanın bütün növlərini öyrətdiyimiz  kimi, dərnək üzrə də həm futbolu, həm də atletikani sevdirdiyimizi düşünürəm. İdman zalımızın olmamağına baxmayaraq əlimizdən gələni edirik. İdman sağlamlığın bünövrəsidir. Çalışımalıyıq uşaqlarımız sağlam ruhda böyüsün".

Xatırladaq ki, Yardımlı rayon Bozayran kənd tam orta məktəbi rayonda ən böyük məktəblərdən biridir. Buna baxmayaraq məktəbdə idman zalı olmadığından idman dərsləri açıq havada keçirilir. Bu isə şagirdlərə idman dərsinin tədrisində müəyyən çətinliklər yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31