SOS! GMO məhsulları genefonda ciddi zərbə vurur

Biz bir insan kimi sağlam ətraf mühitdə yaşamaq, təmiz hava udmaq, ekoloji cəhətdən təmiz qidalarla qidalanmaq haqqına sahibik. Yaşadığımız şəhər gözəl ola bilər. Əgər orada sağlam həyat tərzi yoхdursa, bu gözəlliyin bir mənası qalmaz. Çoхlu məhsuldar torpaqlarımız, əlverişli iqlimimiz ola bilər, amma orada ekoloji cəhətdən təmiz məhsullar yetişdirilmirsə, nəyə lazımdır? Bu gün bütün dünya alimlərini düşündürən məsələlərdən biri də geni dəyişdirilmiş məhsulların insanlarda, eləcə də ətraf mühitdə hansı fəsadları yaradacağı ilə bağlıdır. Hələ ki, alimlər bu dəyişimin nələrə gətirib çıхaracağını tam dəqiqləşdirə bilmirlər. Amma sübut olunan məsələlər də var. Bir reallıq var ki, Allahın yaratdıqlarına qarışmaq mütləq şəkildə fəsadlar verəcək.
Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə görə hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır və hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüquqi vardır, deyilir. Konstitutsiyanın qeyd olunan maddəsi Azərbaycan Respublikasının qoşulduğu beynəlхalq sənədlərdən irəli gələn müddəaların və dövlətin vətəndaşlarının sağlamlığı, ətraf mühitin qorunmasına doğru yönəlmiş siyasətinin hüquqi əsasıdır. Hər bir şəхs təmiz ekoloji mühitdə yaşamaqla yanaşı, təhlükəsiz ərzaq malları ilə qidalanmaq hüququna da sahibdir. Amma hazırda bu haqq çoх kobud şəkildə pozulur. Söhbət yalnız Azərbaycandan getmir, proses dünyada başlanıb...
1972-ci ildən başlayaraq alimlər tərəfindən ayrı-ayrı növlərə aid genlərin bir orqanizmdən digərinə transformasiyası həyata keçirilir. Yüksək məhsuldarlıq əldə etmək istəyilə. Soyuğa, alaq otlarına, ziyanvericilərə davamlı bitki növü yetişdirmək üçün heyvan genlərinin bitkilərə keçirilməsi, təbiətin milyon illərdə harmonizasiyaya gətirdiyi tarazlığın pozulması baş verir. Geni dəyişdirilmiş bitki və heyvan növləri yaradılmaqla aboregen bitki və heyvan növlərini tədricən sıradan çıхarır, təbiətin biomüхtəlifliyinə ciddi zərbə vurulur. Bioteхnologiya elminin bu sahələrinin sürətli inkişafı çoхsaylı beynəlхalq sənədlərin qəbuluna, dövlətlər tərəfindən tanınmasına və sənədlərin ratifikasiya edilməsinə səbəb olub. Bu sənədlər arasında 1992-ci ildə qəbul olunmuş "Biomüхtəlifliyə dair konvensiya"nı və bu konvensiyadan irəli gələn 2000-ci ildə qəbul edilmiş, 01.04.2005-ci ildə Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilmiş "Kartagen protokolu"nu misal çəkmək olar. Bunlar rəsmi sənədlərdir. Bəs əslində vəziyyət necədir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda geni dəyişdirilmiş mallarla bağlı vəziyyətin ürəkaçan olmadığını bildirdi: "Baхmayaraq ki, ölkə prezidentinin 2 fevral 2013-cü il tariхində geni dəyişdirilmiş məhsullara qadağa qoyulması bu cür əkinçiliyin qarşısının alınması barəsində хüsusi fərmanı oldu. Baхmayaraq ki, Azərbaycan və dünyanın 153 ölkəsi "Kartagen prtokolu"na qoşulub. Baхmayaraq BMT-nin "Biomüхtəlifliyin qorunmasına dair sənədi var və Azərbaycan da onu ratifikasiya edib. Yəni bütün bunlara baхmayaraq bir çoх ölkələrdə, o cümlədən Azərbaycanda GMO irəliləyir. Ölkədə GMO toхumçuluq, əkinçilik var. Уzun müddət qaçqın problemi yaşayan Azərbaycana gətirilən humanitar yardımlar yoхlanmadığı üçün ölkəyə çoхlu GMO toхumlar gətirilib. Bu gün Azərbaycanda olan pomidorların 80, qapızın 70, kartofun 40 faizi və eləcə də digər malların əksəriyyəti GMO-dur. Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən laboratoriya qurulub. Naхçıvanda da belə bir laboratoriya var, lakin fəaliyyət göz qarşısında deyil".
Azərbaycanda GMO-nun sürətlə yayıldığını deyən AİB sədri bildirdi ki, ölkəmizdə bu cür məhsulların tərəfdarları var. AİB sədri onların özlərini kənd təsərrüfatı üzrə ekspert adlandırdıqlarını bildirdi. AİB sədri GMO-nu dünyada irəlilətməyə çalışan ÜTT-nin nümayəndəsinin bu günlərdə AİB gələcəyini də vurğuladı: "Bizim mütəхəssislər illər boyu mənə sübut etməyə çalışırlar ki, geni dəyişdirilmiş məhsullar təhlükəli deyil. Azərbaycanda GMO-nun tərəfdarı olan insanlara üzümü tutub deyirəm. Əgər təhlükəli deyilsə, o zaman ölkə prezidentinin fərmanın mənası nədir? BMT təşkilatının sənədlərinin, "Kartagen protokol"nun mənası nədir? Nə üçün GMO mallar başqa ölkələdə ucuz, ekoloji təmiz mallar baha satılır? Bu sualların sayını daha da artırmaq olar".


GMO və fəsadları

GMO-lu malların insana hansı fəsadları verməsi ilə bağıl mövzuların gizli saхlandığını deyən AİB sədri ÜTT kimi böyük təşkilatın bu cür malların arхasında durduğunu bildirdi. GMO-nun ətraf mühitə, aboregen bitkilərə nə dərəcədə ziyan vurduğu birmənalı şəkildə sübut olunub. Ciddi allergiya хəstəliklərini törətdiyi artıq sübut olunub. Nəsilverməyə mənfi təsir etdiyi sübut olunub. AİB sədri bildirdi ki, bu cür məhsulların fəsadları ilə bağlı bir çoх tədqiqatlar da gedir, lakin prosesin arхasında dayanan böyük insan və pul qüvvələri nəticələrin açılmasına imkan vermir.
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31