Lənkəranda boşanmaların sayı artır

Bu ilin 6 ayı ərzində Lənkəranda bağlanan nikahlarla müqayisədə boşanmaların sayının artması xüsusi diqqət çəkir. Trend Cənub TV-yə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Lənkəran rayon Qeydiyyat şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Tağıyev bildirib.
Tağıyev qeyd edib ki, 2012-ci il ərzində boşanmaların sayı 102 olduğu halda, təkcə 2013-cü ilin 6 ayı ərzində elə həmin rəqəm, yəni 102 boşanma faktı qeydə alınıb:
"Bu kəskin fərq və ürəkağrıdan göstərici cəmiyyətimizi düşündürməli, boşanmaların minimuma endirilməsi istiqamətində müvafiq tədbirlərin, o cümlədən maarifləndimə tədbirlərinin görülməsini zəruri etməlidir. Cütlüklərin isə ailə qurarkən evliliyin məsuliyyətini dərk etməsi onların özləri və dünyaya gələcək uşaqları üçün daha xeyirli olardı."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31