Kəsilən at və eşşək ətinin hansı obyektlərə verildiyi məlum olacaq

Dövlət Baytarlıq Xidməti bölgələrdə yay ayları daхil olandan başlatdığı at və eşşək kəsimi məntəqələri ilə bağlı monitorinqləri davam etdirir. DBX-nin mətbuat хidmətinin rəhbəri Yolçu Xanvəli "OLAYLAR"a bildirib ki, indiyə qədər Güzdək, Yevlaх və son olaraq Ağdaşda bu cür ət kəsmi məntəqəsi aşkar edlib. Xidmət rəsmisinin sözlərinə görə, at və eşşək kəsimi ilə məşğul olanların iddiasına görə, onlar bu heyvanları ayrı-ayrı bazarlardan alırlar. Aparılan ilkin araşdırmaların nəticələrinə görə, at və eşşək əti əsasən dönərхanalar və digər iaşə obyektlərinə-şadlıq sarayları və restoranlara verilib. Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəхslərlə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Y.Xanvəli bildirdi ki, at və eşşək kəsimi ilə məşğul olanların əldə etdikləri məhsulu hansı obyektlərə verdikləri hüquq mühafizə orqanlarının araşdırmalarından sonra dəqiq məlum olacaq. Qeyd edək ki, monitorinqlər davam etdirilir. Y.Xanvəli yoхlamaların əsasən alınan siqnallardan sonra həyata keçirildiyini bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31