Vitaminlər allergiya yaradır
12 İyul 2013 13:14 ProblemKliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dərmanlardan zəhərlənmələrlə bağlı həftədə 4-5 müraciət daxil olur. Bu barədə "OLAYLAR"a mərkəzin şöbə müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, müraciətlər əsasən dərmanların əlavə təsirləri ilə bağlı olur. Allergik reaksiyalar əsasən antibiotik və vitaminlərdən baş verir. Həssas bədən tipləri dərmanın nə qədər təmiz tərkibli olmasından asılı olmayaraq onları qəbul etmir. A.Maqsudov yay ayları olduğundan müxtəlif çiçək və otların təsirindən də allergiyaların baş verdiyini bildirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31