15 heyvan növünün nəsli kəsilmək üzrədir - ÖZƏL

Avstraliya hakimiyyəti 15 növ heyvanı nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib. 

Olaylar.az xəbər verir ki, hökumət nəsli kəsilməkdə olan 110 növü və onların yaşayış yerlərini xilas etmək üçün 10 illik proqramın başladığını elan etib.
Avstraliyanın ətraf mühit və su ehtiyatları naziri Tania Plibersek bildirib ki, 2019-2020-ci illərdə ölkəni bürüyən yanğınlar vəhşi təbiətin bir çox növlərinə dağıdıcı təsir göstərib:
"Biz vəhşi təbiətə daha yaxşı şans vermək əzmindəyik. Heyvanların nəsli kəsilməkdə olan növlər siyahısına salınması təbiətin mühafizəsi istiqamətində mühüm addımdır", - deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31