Yardımlıda erkən nikah halları çox, təhsilin səviyyəsi aşağıdır

"Ailə" Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məişət zorakılığının qarşısının alınması məqsədilə icma səviyyəsində maarifləndirmə işinin təşkili" adlı layihənin icrası məqsədilə Yardımlı rayonunda qadınlar, kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələri arasında "Məişət zorakılığının qarşısının alınması" mövzusunda iki günlük seminar keçirib. Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısının müavini Azər Əkbərov bildirib ki, rayon ərazisində 2012-ci il ərzində 498 rəsmi nikah qeydiyyata alınmış və onlardan 15-i pozulub.

İştirakçılar erkən nikah hallarının çox olmasını bildirib və orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olmasından narahatçılıqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31