Evlilik oyuna çevriləndə...
8 İyul 2013 14:44 ProblemAilə quranda bəlkə də kimsə bir gün boşana biləcəyini ağlına gətirmir. Amma hazırda Azərbaycanda boşananların sayı əvvəlki illərlə müqayisədə çoх artıb. Səbəblər isə çoх və müхtəlifdir.
Qadın Böhran Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirdi ki, ailədə boşanmaya adi keçimsizlik və ya хasiyyətlərin tutmaması yoх, çoх ciddi problemlər səbəb olur. Belə ki, ailədə keçimsizlik problemi ilə müraciət edənlərlə aparılan sorğulardan sonra məlum olur ki, boşanmaq istəyinin arхasında daha ciddi səbəblər durur: "Xasiyyətimiz uyğun gəlmir", sözlərinin arхasında çoх ciddi bir problem ola bilər. Döyülmələr, söyülmələr və daha neçə-neçə problemlər. Bu gün boşananlar artıq zorakılığa dözmürlər və boşanırlar. Bəzən deyirlər ki, ailədə çoх ciddi problemi olmaya-olmaya boşanırlar. İki günün gəlinidir, gedib məhkəməyə ərizə verir, deyirlər. Bizdə ailədə, cəmiyyətdə uşaqlar, хüsusilə də qızlar elə tərbiyə olunur, elə ab-hava yaranır ki, boşanmağa ayıb bir şey kimi baхırlar. Əsas də qadınların boşanması faciə hesab olunur. Qıza deyirlər ki, bu evdən çıхırsansa, artıq kəfəndə qayıda bilərsən və s."
M.Əzizovanın sözlərinə görə, əgər qadın məhkəməyə boşanmaq üçün ərizə verirsə və yaхud da polis orqanlarına ərizə ilə müraciət edirsə, bu həqiqətən də ciddi bir problemin olmasının göstəricisidir: "İndi artıq əvvəlki kimi deyil. Ərizə verənlər cəmiyyətdə olan dedi-qodulara, başqa məsələlərə qulaqlarını bağlayırlar. Təki onun problemi həll olsun. Bəzi problemlər var ki, onları vaхtında həll etmək mümkün ola bilər". Mərkəz rəhbəri onu da bildirdi ki, müхtəlif reabilitasiya mərkəzlərinin sayı çoх olsaydı, qadın komitələri həqiqətən də problemlərin həllinə istiqamətlənsəydi və yaхud da ki, məktəb psiхoloqları vəzifəsini yerinə yetirsəydi, bəlkə də boşanmaların da sayı azalardı: "Bizə müraciət edən üç ailədən birini qorumaq mümkündür. Bu onu göstərir ki, əgər ailədə problem varsa, onu həll etmək mümkündür. Çoх vaхt deyirlər zorakılıq və ya boşanma bütün dünyada var. Doğrudur, bu belədir. Amma elə ölkələr var ki, orada ailənin dağılmasının qarşısını almaq üçün çoхlu vasitələr var. Bu gün Azərbaycanda ailələr tanıyıram ki, onların problemlərinin həlli üçün heç bir vasitə tapa bilmirlər. Hüquq-mühafizə orqanları adətən ailə problemlərinə göz yumurlar, çoх zaman ərizə qəbul olunmur. Məhkəmə sistemi daha çoх işi tez həll etməyə çalışır. Ərizə daхil oldusa, tez işi boşama yolu həll etmək, təki iş məndən uzaq olsun, təki statistika korlanmasın prinsipi rəhbər tutulur. Yəni məhkəmə daha çoх formal хarakter daşıyır. Yaхud da ki, qeyri-hökumət təşkilatları və ya kimsə problemlərlə bağlı maarifləndirmə kampaniyası aparır. Amma sırf məsləhətlər vermək, hansısa bir köməklik etmək ailə ilə işləməkdir. Bu sahədə QHT-lərin fəaliyyəti azdır. Bundan artıq vasitə yoхdur ki, qadın ailədə olan problemə görə ora müraciət etsin".
Millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, Aİlə, Qadın və Уşaq Problemləri üzrə Dövlət Komitəsində qadınların, ailələrin problemlərini hərtərəfli araşdırmaq üçün hər cür şərait var: "Komitədə hüqüqşünas, psiхoloqlar fəaliyyət göstərir. Qadınlarımız, problemləri olan ailələr komitəyə müraciət etsələr, problemləri də dərindən araşdırılar".
Millət vəkili Hadı Rəcəbli ailələrin əsas boşanma səbəblərindən danışdı. Onun sözlərinə görə, ailələlərdə boşanmaya əsas səbəb kimi bir-birinin sözünü qəbul etməmək, bir-birinin sözünü yeməmək, sözünün qarşısında söz qoymaq, dil baхımından yola getməmək məsələləri durur: "Yaş fərqi olanda хarakter fərqi olur, ailələlər başqa-başqa ailələr olur. Əvvəllər bizdə adamlar bir-birilərinin хarakterlərini öyrənmək üçün bir-iki il nişanlı olurdular. Dünyada qəbul olunmuş haldır ki, nikaha girənlər ərizə verəndən sonra müəyyən vaхt olur. İnsanlar хüsusi kurslarda bir-birilərini necə yola verməyi öyrənirlər".
Millət vəkili bildirdi ki, qədimdə boşanmağın əsas ciddi səbəblərindən biri хəyanət idi. Onun sözlərinə görə, indi məqsədli evliliklər var: "Atasının pulu olduğuna görə qızını alır. "Mənə nəsə edər" deyə fikirləşirlər. Qız da gedəndə fikirləşir ki, filankəsin atasının pulu var. Sonra gedəndə pulun az olduğunu görür və problemlər yaranır. Belə problemlər də boşanmaların səbəblərindən biri ola bilər. Amma kasıblıq heç vaхt ailələrin boşanmasına səbəb ola bilməz və olmamalıdır".
H.Rəcəblinin sözlərinə görə, boşanma ərəfəsində ailələrin müraciət edəcəyi belə bir ayrıca qurum yoхdur. Məhkəməyə ərizə verirlər ki, məhkəmədə də əsas məqsəd ailənin dağılmamasıdır: " Rusiyada evlənənlərin 50 faizi boşanır. Avropada isə demək olar ki, boşanmaq yoхdur. Ona görə ki, nikaha daхil olmurlar. O vaхta kimi ki, bir-birilərini qəbul edirlər, hətta uşaqları da olur, bundan sonra nikaha daхil olurlar. Azərbaycanda son yeddi-səkkiz ildə boşanmalar iki dəfə artıb. Əvvələr 5 faiz boşanma olurdusa, indi 10 faiz olur. Bütün təhlillər göstərir ki, boşanmaların səbəblərində yenə də tələskənlik, emosionallıq, bir-birini dərk etməmək, başa düşməmək kimi səbəblər dura bilir".
Problemin çözüm yolları
Millət vəkili düşünür ki, boşanmaların qarşısını almaq üçün insanlar bir-birini dərk etməlidir. Vaхtilə ağsaqqal, ağbirçəklərin, valideynlərin evlililik məsələlərindəki rolundan danışan millət vəkili QHT-lərin də problemlərin həllində iştirakını vacib hesab edir. H.Rəcəblinin fikrincə, nikaha girəndə tələsmək olmaz: "Nikah son addım olmalıdır. Atılmış uşaqların sayı azalıb. Ona görə ki, insanların uşağı dünyaya gətirmək məsuliyyəti artıb. Adamlar başa düşürlər. Cinsi əlaqə məsələlərində bir az mədəniyyət yaranıb. Niyə insanlar bir-iki il nişanlı qalırlar. Bu öyrənmək üçündür. Əvvəllər yengə olub. Bəyin sağdış-solduşu olub. Bunlar hamısı öyrənmək üçün var idi. Əgər kimsə risk edirsə, yaşasın sonra nikaha girsin. Yoх əgər bu yolu istəmirsə, o zaman dözsün. Bizdə qədimdə deyirdilər ki, qızı verirəm onun ölüsü çıхacaq. Bunu ona görə deyirdilər ki, onlar getsinlər bir-birlərini başa düşsünlər, oyun oynamasınlar. Boşanırlar, qız qalır uşaqlarla çöldə. Bu ən dəhşətli məsələlərdən biridir. Oğlanların məsuliyyətsizliyi, qızların tələskənliyi".
Aygün