Nazir AÇIQLADI: “Bu halda siniflər bağlana bilər”
27 İyul 2022 13:19 ProblemTəhsil naziri Emin Əmrullayev koronavirusa yoluxmaların artması fonunda məktəblərin sentyabrda açılmayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Olaylar.az xəbər verir ki, o bildirib ki, pandemiya dövründə sürprizlər həmişə olur.
"Artıq 2 il ərzində kifayət qədər təcrübə toplamışıq. Ötən il günlərin sayını azaltmadan təhsili ümumilikdə bağlamadıq. Düşünürəm ki, yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər. Lakin təhsilin tamamilə bağlanması nəzərdə tutulmur".
mənbə: Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31