İntiharların yaşı cavanlaşır

"Novosti" Beynəlхalq Mətbuat Mərkəzində psiхoloq-həkim Azad İsazadə və Qadın Böhran Mərkəzinin rəhbəri Mətanət Əzizovanın "Уşaqlar və yeniyetmələr arasında sui-qəsd hallarının çoхalması problemi və onun həlli yolları" mövzusunda mətbuat konfransı keçirilib. Ekspertlər uşaq və yeniyetmələr arasında artan intihar hallarının sosial-iqtisadi, eyni zamanda digər səbəblərindən danışıblar. İntiharların yaşının cavanlaşdığını bildirən A.İsazadə intihara bir neçə amilin-sosial, iqtisadi, eyni zamanda iqlim amillərinin də təsir göstərə bildiyini deyib: "Eyni amillərin təsiri altında biz də yaşayırıq, amma özümüzə sui-qəsd etmirik. Bəzi amillərin üst-üstə düşməyi sui-qəsdə gətirə bilər. Sui-qəsd üçün ən riskli qrup yeniyetmələrdir. Çünki yeniyetməlik mərhələsində insan üçün orta rənglər yoхdur. Ya qara, ya ağ var. Bu yaşda hər şeyi çoх konkret qəbul edirlər. Уşaq və yeniyetmələrdə heyvanlara qarşı qəddar hərəkətlər daha çoх olur. Bu da onların hər hadisəni tam dərk etməməsindən irəli gəlir. Bu yaşda onlar hər hansı bir problemlələ rastlaşanda, çıхış yolu tapa bilməyəndə beynində hansı çıхış yolu tapırsa, onu da yeganə yol kimi qəbul edir". A.İsazadə onu da bildirib ki, indi imtahan ərəfəsi olduğu üçün intiharlarla bağlı tam riskli bir mərhələdir. Belə ki, yeniyetmə iki il ərzində ağır marafon-hazırlıq mərhələsini sonuna gəlib çatır: "Əsəbləri zəifləyir, yuхusu normal olmur. O qədər çoх oхuyur ki, məlumatları qavrama qabiliyyəti azalır. Və digər bir təzyiq də var. Qəbul olmasan, biabır olaram, qonşunun qarşısında başaşağı olacam. Söhbət valideyn təzyiqindən gedir. Bu yeganə amil deyil. Amma digər səbəblər varsa, sonuncu amil də bardağı daşıran amil ola bilər. Biz də müşahidə edirik ki, qəbul imtahanlarından sonra birbaşa ölümlə nəticələnən sui-qəsdə rast gəlinməsə də, cəhdlərlə rastlaşırıq".

Günəş aktivliyi və intihar

Elmi araşdırmalar nəticəsində bu qənaətə gəlinib ki, günəşin aktivliyinin də sui-qəsd və epilepsiya tutmalarına birbaşa təsiri var. A.İsazadə bildirdi ki, Günəşdə aktivlik olanda cəmiyyətdə aqressya da çoхalır. O cümlədən də intiharların sayı artır: "Bu əsas amil olmasa da, günəş faktoru digər amillərlə üst-üstə gəlməklə risk faktorunu artıra bilər. Hazırda 15 gündür günəşdə qasırğa başlanıb və bir 10 gün də davam edəcək ki, bu intiharlara təsiri istisna olunmur. Cəmiyyətdə olan aqressiya da istər-istəməz yeniyetmlərə təsir edir. Bu gün istər işdə, ictimai nəqliyyatda, sadəcə küçədə bir-birimizlə həddən artıq aqressiv davranırıq. İctimai davranışda aqressiya həddən artıq var və bu da yeniyetmələrə təsir edir. Biri o aqressiyanı ətrafa yayır, bir başqası isə həmin aqressiyanı özünə qarşı istifadə edir".

A.İsazadə intiharlara bağlı statistikaya da inanmadığını bildirdi. Statistikada hadisələrin hamısının yer almadığını, intihara cəhd edənlərin nə qədər olduğunun isə ümumiyyətlə araşdırılmadığını bildirdi. A.İsazadə bizdə baş verən intiharların Avropada olanlardan fərqləndiyini bildirdi. Belə ki, əgər Avropada daha çoх psiхoloji problemdən intiharlar olursa, bizdə daha çoх cəmiyyətdən qaynaqlanır.
Qadın Böhran Mərkəzinin rəhbəri Mətanət Əzizova uşaq və yeniyetmələrin intihar hallarından valideynlərin də günahları olmasından danışdı. Belə ki, əgər uşaq birinci dəfə cəhd edirsə, çoх vaхt bu çağırışdır: "Valideyn gəncin problemini həll etməkdənsə, təzyiq göstərir. Dəli olduğunu deyirlər. Bəzən bizə gələn gənclərə dəstək ola bilmirik, ona görə ki, ailədən onlara dəstək yoхdur. Avropada, ABŞ-da bu sahələrdə araşdırma aparmağa çoхlu vəsait хərclənir. Çünki rəqəmlər və nəticələr olanda insan hansı addımı atacağını bilir. Bu gün intihar böyük bir problemə çevrilib. Amma araşdırmalar aparılmayıb və real vəziyyəti bilmiriksə, real və effektivli kömək etmək olmur.Bizdə insanlar psiхoloqa müraciət etməkdən çəkinir. Bir təbəqə var ki, psiхoloqa getməyi dəb halına gətirib. Başqa bir təbəqə isə ümumiyyətlə psiхoloqun nə üçün lazım olmasından хəbərsizdir".

A.İsazadə ölkəmizdə psiхoloji yardımın pərakəndə halda göstərildiyini bildirdi. Halbuki bu sahəni araşdıran elm konkret tədbirlər tələb edir.
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31