Cəmiyyət insan alverinə qarşı maarifləndirilməlidir

İnsan Alveri ilə bağlı təkcə Azərbaycanda deyil, dünyanın hər  yerində problemlər  var  və yəqin ki, yaxın bir neçə onillikdə də həmin problemlər mövcud olacaq". Belə bir açıqlama ilə çıxış edən İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev "OLAYLAR"-a deyib ki,  sözügedən problemdən qaçmaq olmur: "Neçə əsrlərdir ki, bu cinayyətkarlıqla mübarəizə gedir. Ancaq tam olaraq heç bir yerdə bu problem aradan qalxmayıb". Təşkilat sədri qeyd edib ki,  cəmiyyət tam olaraq insan alveri problemi ilə bağlı maarifləndirilməlidir: "Bu mübarizə yalnız hüquq muhafizə orqanlarının apardığı mübarizə ilə kifayətlənməməlidir. Gərək cəmiyyətin hər bir üzvü bu mubarizədə aktiv iştirak etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31