Dövlətçiliyimiz üçün bir nömrəli təhdid-SADIKOV KABUSU

Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Azərbaycanın deyil, Azərbaycana düşmən olan ölkələrin maraqlarına xidmət etdiyinə dair zaman-zaman fikirlər səsləndirilib, cəmiyyətə müxtəlif illərdə hərbi sahədə xidmət etmiş ayrı-ayrı şəxslər tərəfindən məlumatlar ötürülüb. Lakin bu illər ərzində Sadıkovun hərbi sahədə mühüm post tutması onun cinayətlərinin ört-basdır edilməsi ilə nəticələnib.

Hazırda Nəcməddin Sadıkovun heç bir vəzifədə olmaması onun dövlətçilik və milli maraqlara zidd fəaliyyətinin tətfiş olunub cəzalandırılmasını mümkün edir. Sabiq baş qərargah rəisi ilə bağlı səslənən ittihamların hamısını bir kənara qoyub təkcə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-mayor Altay Mehdiyevin bu günlərdə cəmiyyətə açıqladığı tükürpədici faktlar kifayət edir ki, ölkənin müvafiq qurumları, hüquq-mühafizə orqanları Nəcməddin Sadıkov barəsində ciddi araşdırma aparıb onu məsuliyyətə cəlb etsinlər. General mayorun dediklərindən aydın olur ki, sabiq baş qərargah rəisi təkcə son illərdə, xüsusilə 2016-cı ilin aprel döyüşlərində deyil, eləcə də ondan neçə illər əvvəl düşmən maraqlarına xidmət edib, ərazilərimizin işğal altında qalmasında əsas günahkarlardan biri olub. Əks təqdirdə sabiq baş qərargah rəisi hələ 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Buzqov dağı-Havuç kəndi arasındakı 70 kvadrat kilometr ərazinin düşməndən azad edilməsindən əsəbləşməz və Silahlı Qüvvələrə azad edilən əraziləri dərhal boşaldıb erməni tərəfinə qaytarmaq əmrini verməzdi. Hər halda Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-mayor Altay Mehdiyevin açıqlaması belə deməyə əsas verir. Sözügedən əməliyyat və sabiq baş qərargah rəisinin ərazilərimizin işğaldan azad edilməsindən qəzəblənməsi o dövrdə təsadüf edib ki, həmin ərəfədə Cənab İlham Əliyev ilk dəfə Azərbaaycan Respublikasının Prezidenti seçilib. Yəni, Nəcməddin Sadıkov 2003-cü il əməliyyatına mane olmaqla həm bağlı olduğu dövlətə, Ermənistana xidmət etmiş olub, həm də Rusiyanın "5-ci kolon"unun buradakı əsas fiquru kimi Cənab İlham Əliyevin prezident kimi öz postunda möhkəmlənməsinə əngəl olmağa çağırıb. Sadıkov general-mayor Altay Mehdiyevə düşməndən azad edilən ərazilərdən geri çəkilmək əmrini verərkən məhz bu iki məqsədə xidmət edib. Birincisi, ermənilərin daha çox hüsn-rəğbətini qazanmağa, ikincisi şimal qonşumuzun Azərbaycanda özünə uyğun bir siyasi fiquru hakimiyyətə gəlməsinə yardımçı olmağa. Sabiq baş qərargah rəisi düşməndən azad edilən əraziləri yenidən erməniyə qaytarmaqla bu faktı ictimailəşdirməyə və Cənab İlham Əliyevin siyasi karyerasına zərbə vurmağı qarşıya məqsəd qoyubmuş.

Sabiq baş qərargah rəisinin vəzifəsindən uzaqlaşdırıldığı son günlərə qədər yalnız və yalnız Ermənistanla Rusiyanın maraqlarına zidmət etdiyi artıq hər bir azərbaycanlıya bəllidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin hücuma keçdiyi zaman qəfil Baş Qərargahdan geri çəkilmək əmrinin verilməsi də birbaşa Sadıkovun "xidmətləri" ilə bağlıdır. Aprel döyüşlərindən sonra həmin döyüşlərin iştirakçısı olmuş və təsadüfən Sadlkovun qurduğu iyrənc plandan sağ qalmış hərbiçinin anlatdıqlarından məlum olur ki, həmin uğurlu əməliyyat zamanı hücuma keçərkən heç bir minalanmış əraziyə düşməyən hərbiçilərimiz nədənsə geri qayıtmaq əmrinı əsasən arxaya çəkiləndə minaya düşüblər. Bunu isə hərbiçimiz belə əsaslandırıdı ki, əsgərlərimiz hücuma keçən ərəfədə Sadıkovun ön cəbhədə olan casus şəbəkəsi və vətən xainləri baçş qərargah rəisinin təlimatına əsasən əraziləri qısa müddətdə minalayıblar. Nəticə etibarilə geri çəkilin əmrini alan hərbiçilərimiz getdikləri yolu geri qayıdarkən minaya düşərək həlak olub və ağır xəsarətlər alıblar.

Göründüyü kimi Nəcməddin Sadıkovun bitib-tükınməyən satqınlıqları, dövlətə, millətə qarşı olan əməlləri kifayət qədərdir. İndiki halda belə bir təhlükəli şəxsin azadlıqda qalması dövlətimiz, dövlətçiliyimiz üçün bir nömrəli təhdiddir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31