Dünyada 10 milyondan çox uşaq kölə kimi işlədilir
12 İyun 2013 16:17 ProblemBMT-nin Beynəlxalq Əmək Təşkilatının hazırladığı hesabata görə dünyada 10 milyon 500 min uşaq və yeniyetmə təhlükəli və hətta köləlik vəziyyətində işlədilir. Hesabatda bildirilir ki, onların dörddən üç hissəsi qız, 500 min nəfəri isə 5-14 yaş arası azyaşlı uşaqlardır. "Frans-Press"in məlumatına görə BƏT-in Uşaq əməyinin kökünün kəsilməsi üzrə beynəlxalq proqramının məsul şəxsi Konstans Tomas hesabatda əks olunan faktların dünyada uşaqların hüquqların pozulması kimi xarakterizə edib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31