Dövlət Komitəsi “Azərbaycan Beynəlxalq Bankı”na icazə vermədi – MƏHKƏMƏ

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsinə icazə verməyib. Femida.az-ın məlumatına görə, bununla bağlı ASC Dövlət Komitəsini məhkəməyə verib.

Belə ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC Qiymətli Kağızlaq üzrə Dövlət Komitəsinə qarşı qiymətli kağızların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsinə icazənin məcburi qaydada verilməsi barədə iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır. İş üzrə məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31