Qaz sobasının qeydiyyata alınmasına görə Dövlət Komitəsini məhkəməyə verdi
5 İyun 2013 13:04 ProblemAzərbaycan Respublikasının vətəndaşı Salam Məmmədov Standartlaşdırma, Metrologia və Patent üzrə Dövlət Komitəsini məhkəməyə verib. Femida.az-ın xəbərinə görə, S.Məmmədov Dövlət Komitəsinə qarşı ixtira etdiyi farsunka ilə işləyən qaz sobasının qeydiyyata alınması barədə iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. S.Məmmədov məhkəmə qərarından narazı qalaraq yuxarı instansiya məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi müvafiq qərarı qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq. femida.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31