5 nəfərin 4 min manat pulunu ələ keçirən saxlanıb

Bakı şəhər sakini beş nəfərə qarşı dələduzluq edib. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri olan 5 nəfərin ümumilikdə 4 000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Sadıqlı saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31