Koronavirusun dördüncü dalğası ilə bağlı XƏBƏRDARLIQ
15 Sentyabr 2021 13:14 Problem"Rusiyada koronavirusun dördüncü dalğası sentyabrın sonunda başlaya bilər".
Olaylar.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu sözləri rusiyalı immunoloq, fəlsəfə doktoru Nikolay Kryuçkov deyib.
Onun sözlərinə görə, sentyabr ayının sonunda yoluxma sayında nəzərəçarpacaq dərəcədə artım baş verə bilər.
"Təəssüf ki, bütün göstəricilərə görə artım başlamalıdır", - deyə mütəxəssis qeyd edib.
O vurğulayıb ki, xəstəlik artımı böyük şəhərlərdən başlayacaq. Oktyabrın əvvəlində isə yoluxmada yüksək artım qeydə alınacaq və ölüm nisbəti də artacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31