İşçilərilə əmək müqaviləsi bağlamayan kurs CƏRİMƏLƏNDİ

"Dəniz Tədris Kursları" MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Zaqatala rayon prokurorluğunda yoxlama aparılıb. Zaqatala Rayon Prokurorluğundan "Olaylar"a verilən məlumata görə, yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 2 sentyabr 2021-ci il tarixli qərarı ilə "Dəniz Tədris Kursları" MMC -yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31