İşğaldan azad olunmuş ərazilərdə daha 236 mina aşkarlanıb
6 Sentyabr 2021 15:21 ProblemAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Olaylar.az-a verilən məlumata görə, avqustun 30-dan sentyabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 164, tank əleyhinə 72 mina və 235 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 188 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31