ABŞ millisinin qapıçısı koronavirusa yoluxub
6 Sentyabr 2021 12:46 ProblemABŞ millisinin və İngiltərə "Mançester Siti"sinin qapıçısı Zak Steffen koronavirusa yoluxub. Olaylar.az xəbər verir ki, bunu yığmanın mətbuat xidməti açıqlayıb.Qolkiperin testi müsbət nəticə verib. O, DÇ-2022-nin Hondurasla seçmə oyununu buraxmalı olacaq. Qeyd edək ki, Zak 2019-cu ildən Mançester təmsilçisinin futbolçusudur. O, bir müddət Almaniya "Fortuna"sında icarədə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31