Türkiyədə ZƏLZƏLƏ BAŞ VERİB

Türkiyənin Denizli şəhərində zəlzələ baş verib.

Türkiyənin Denizli şəhərində zəlzələ baş verib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hadisə Denizlinin Honaz rayonunda baş verib. Yeraltı təkan Rixter şkalası ilə 3,8 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yerin 13,37 kilometr dərinliyində yerləşib.

Fəsadlar barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31